Əcnəbilər haqqında Qanun
Karadağ Hökuməti, əcnəbilərin qalma qaydalarını tənzimləmək üçün yeni tədbirlər nəzərdə tutan “Əcnəbilər haqqında Qanuna dəyişiklik və əlavələr edilməsi haqqında” qanun layihəsini dərc edib.
Xüsusilə, əcnəbinin müvəqqəti yaşama icazəsi ala bilməsi üçün tələb olunan minimum daşınmaz əmlak dəyəri 200 min avro müəyyən edilib.
Şirkətin 51%-dən çoxuna sahib olan və icraçı direktor vəzifəsində çalışan əcnəbi vətəndaşlar üçün, ən azı üç tam ştat işçi, onlardan ikisi Karadağ vətəndaşı olmaq şərti qoyulub.
Bəyanatda qeyd olunub ki, “Yeni tənzimləmələrlə paralel olaraq, əcnəbilərin ölkəyə girişi və qalması ilə bağlı müəssisələrarası məlumat mübadiləsinin təkmilləşdirilməsi istiqamətində aktiv işlər aparılır.”